Ağ Evin mətbuat konfranslarında məhdudiyyətlər artırılır
ABŞ prezidenti Ağ Evdə keçirilən mətbuat konfranslarının zaman cədvəlinə dəyişiklik etməklə yeni məhdudiyyətlər yaratmaq istəyir.
Nyu-York Tamys qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfranslarının zaman cədvəlinə dəyişikliyin edilməsi məsələsini araşdırır. Belə ki, mətbuat konfranslarının həftədə sadəcə bir dəfə keçirilməsini istəyir.
Bu məlumata görə, Tramp həmçinin, jurnalistlərdən öz suallarını yazılı şəkildə mətbuat katibinə təqdim etmələrini istəyəcək.
Nyu-York Tayms yazır: Tramp Ağ Evə müraciət edənlərin ümumi siyahısının açıqlanması ilə də müxalifət edib.
Amerikada Trampın hakimiyyətə gəldiyi zamandan vəri Ağ Ev heç vaxt media və mətbuat ilə yaxşı münasibətə malik olmayıb və Tramp indiyə kimi bir dəfə də olsun tam bir mətbuat konfransı təşkil etməyib.