Sel dörd milyon çinlinin həyat tərzini pozub
Çinin müxtəlif məntəqələrində leysan yağışlarının yağması insan və maliyyə xəsarətlərindən əlavə, bu ölkədə dörd milyon insanın həyat tərzini pozubdur.
IRNA-nın məlumatına görə, Çin Hidrometeorologiya İdarəsi bu ölkənin müxtəlif məntəqələri üçün xəbərdarlıqedici vəziyyət elan edərək, bildiribdir ki, sel təhlükəsi Çinin bir çox məntəqələrini hədələyir.
Çin prezidenti də Si Tsinpin məntəqəsində baş vermiş sel ilə bağlı verdiyi müraciətdə bu ölkənin müxtəlif məntəqələrində selin baş verəcəyindən nigaranlıq edib. O, seldən zərər çəkənlərə yardım üçün qüvvələrin səfərbər edilmələrini istəyib.
Çində ən çox leysan yağışları An Xuyi, Quycu və Hunan əyalətlərində yağıb və bəzi məntəqələrdə yer sürüşməsinə və onlarla nəfərin itkin düşməsinə bais olubdur.