Ağ Ev qarşısında Tramp əleyhinə aksiya
https://azeri.sahartv.ir/news/dünya-i276056-ağ_ev_qarşısında_tramp_əleyhinə_aksiya
Bir qrup ABŞ vətəndaşı Ağ Ev qarşısına toplaşaraq prezident Donald Trampın yaxınlarının Rusiya rəsmiləri ilə əlaqədə olması məsələsinə etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 12:34 Asia/Baku
  • Ağ Ev qarşısında Tramp əleyhinə aksiya

Bir qrup ABŞ vətəndaşı Ağ Ev qarşısına toplaşaraq prezident Donald Trampın yaxınlarının Rusiya rəsmiləri ilə əlaqədə olması məsələsinə etiraz ediblər.

Associated Pressin məlumatına görə, ABŞ vətəndaşları çərşənbə axşamı günü Trampın müqəvvası və üzərində "Tramp haqda araşdırma aparın" mövzusunda yazılan plakatlar daşıyaraq Donald Tramp və yaxınlarının 2016-cı il seçkiqabağı kampaniyada Rusiya rəsmiləri ilə əlaqədə olması məsələsinə etiraz ediblər.

ABŞ prezidentinin böyük oğlu Donald Tramp Cuniorun rus vəkil Nataliya Veselnitskaya ilə görüşünün ifşa olunması sözügedən məsələdə böyük şoka səbəb olub.

Donald Tramp Cunior çərşənbə axşamı günü 2016-cı il prezident seçkiləri zamanı Nataliya Veselnitskaya ilə görüşü haqda öz elektron məktublarını yayımlayıb.

Rus vəkil həmin görüşdə vəd edib ki, Trampın rəqibi Hillari Klinton haqda önəmli və dəhşətli məlumatlar yayımlanacaq.