İyul 24, 2017 12:15 Asia/Baku
  • Ukraynada 4 hərbçi ölüb
    Ukraynada 4 hərbçi ölüb

Ukraynanın şərqində müxalifətin nəzarətində olan ərazilərin başçılarından biri Donetskdə 4 dövlət qüvvəsinin minaya düşərək öldüyünü bildirib.

Spotnik xəbər agentliyi bu gün məlumat verib: Donetsk vilayətində müxaliflərin müdafiə üzrə rəhbərlərindən olan Eduard Bassurin deyib ki, hərbçilər özlərinin quraşdırdıqları minalı ərazilərə düşüblər və oradan çıxmağa nə qədər səy göstərsələr də bu alınmayıb. 

Bu mina partlayışında Ukraynanın başqa iki hərbçisi də ağır yaralanıb. 

4 gün öncə də Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın şərqində ayrı-ayrı hərbi hadisələrdə bu ölkənin 9 hərbçisi həyatını itirmişdir. 

BMT-nin bildirdiyinə görə, Ukrayna dövləti və müxalifləri arasında ölkənin şərqində gedən toqquşmalar, xüsusilə yaşayış məntəqələrinin atəşə alınması 2014-cü ildən bu günədək 10 min insanın ölümü və onlarla min adamın yaralanması və didərgin düşməsi ilə nəticələnib. 

Ukraynanın müdafiə nazirinin birinci müavini İvan Rusnak da deyib ki, ölkəsi bu toqquşmalarda 50 milyarddan çox ziyan görüb. 

Ukraynanın şərq əraziləri 2014-cü ildə qərb yönümlü qüvvələrin fəaliyyətdə olan prezident Viktor Yanokoviçə qarşı çevrilişindən sonra ordu ilə müxaliflər arasında qanlı toqquşmaların şahididir. 

Teqlər