Sen 13, 2017 09:56 Asia/Baku
  • Moqerini bir daha nüvə anlaşmasını müdafiə etdi
    Moqerini bir daha nüvə anlaşmasını müdafiə etdi

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Avropa Parlamentində etdiyi çıxışında bir daha İran ilə 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasını dəstəkləyib.

Federika Moqerininin nüvə anlaşmasını müdafiə etdiyi bir şəraitdə İsrailin baş naziri Benyamin Netanyahu, davamlı olaraq nüvə anlaşması ilə müxalifət edən ABŞ prezidenti Donald Tramp kimi, İran ilə nüvə anlaşmasını çox pis anlaşma adlandırıb və bu anlaşmanın dəyişdirilməsi və ya mümkün olarsa ləğv edilməsini istəyib. Netanyahu bu fikirləri çərşənbə axşamı Argentinada səsləndirib. 

ABŞ-ın BMT-dəki səfiri Niki Heyli də çərşənbə axşamı nüvə anlaşmasını yarımçıq və məhdud anlaşma adlandıraraq, anlaşmanın bəndləri barədə yenidən müzakirələrin aparılmalı olduğunu deyib. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini  və nüvə anlaşmasının digər tərəfdarları isə ABŞ-ın əksinə olaraq daim nüvə anlaşmasını müdafiə edirlər. 

F.Moqerini son zamanlar nüvə anlaşmasının dünya ictimaiyyətinə aid olduğunu vurğulayaraq, bu anlaşmanın iki tərəfli bir anlaşma olmadığını və ona dəyişikliyin edilməsinin imkansız olduğunu demişdi. 

Fransanın xarici işlər naziri Jan İv Le Drian da çərşənbə günü nüvə anlaşmasını müdafiə edərək, deyib: Paris ABŞ prezidenti Donald Trampın nüvə anlaşması qarşısındakı mövqeyindən nigarandır. 

Teqlər