Moqerini və Lavrov nüvə anlaşmasını müzakirə ediblər
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini və Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Nyu-Yorkda, İran və 5+1 qrupu xarici işlər nazirlərinin iclası ərəfəsində nüvə anlaşmasının icra vəziyyəti ilə bağlı danışıqlar aparıblar.
İRNA-nın məlumatına görə, İran və 5+1 qrupu xarici işlər nazirləri bu gün çərşənbə Nyu-Yorkda bir araya gələcəklər. İclasa AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini başçılıq edəcək.
Moqerini çərşənbə axşamı Nyu-Yorkda ABŞ-ın vitse prezidenti Mayk Pens ilə görüşüb, danışıqlar aparıb.
Moqerini bu görüşdə nüvə anlaşmasının nəticə verdiyini bildirib və deyib: İran nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl edib. Buna görə də, bütün tərəflərin nüvə anlaşmasına tam formada əməl etməsi lazımdır.