Moqerini: ƏMTP dünya və İran xalqının qələbəsidir
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi bir daha Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) əhəmiyyətinə və onun qorunmasının önəminə təkid edərək, deyib: Bu beynəlxalq anlaşma ilə həm dünha, həm də İran xalqı qələbə çalmış oldu.
İRNA-nın məlumatına görə, Federika Moqerini çərşənbə axşamı Almaniyada İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasını(ƏMTP) bir "uduş-uduş" anlaşması adlandırıb və deyib: İran İslam Respublikası, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatlarına əsasən, indiyə kimi ƏMTP qarşısındakı bütün öhdəliklərinə əməl edib.
AB-nin xarici siyasət üzrə ali nümayəndəsi ƏMTP-nin dünya ictimaiyyətinə məxsus olduğunu deyərək, əlavə edib: Bu anlaşma, ona dəyişikliklər edilə biləcək ikitərəfli bir anlaşma deyil.
ABŞ prezidenti Donald Tramp cümə günü, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşması(ƏMTP) qarşısında öz öhdəliklərinə tam şəkildə əməl etdiyini təsdiq edən 8 hesabatına əhəmiyyət verməyərək, İran İslam Respublikasının ƏMTP-yə sadiq qaldığını təsdiq etməyəcəyini dedi.
Trampın bu hərəkətinin ardınca, ABŞ Konqresi ƏMTP əsasında icrası durdurulmuş sanksiyaların yenidən tətbiq edilməsi üçün 60 günlük bir fürsətə malik olmuş olacaq. ABŞ Konqresi İrana qarşı sanksiyaların bərpa edilməsi haqda qərar qəbul edərsə, ABŞ ƏMTP-dən çıxmış olacaq.
Tramp davamlı olaraq ƏMTP-ni dəhşətli anlaşma adlandıraraq, bu anlaşmanın ləğv edilməsini istəyib. Trampın bu rəftarı dünya ictimaiyyəti, beynəlxalq dairələr xüsusi ilə də nüvə an laşmasını imzalamış ölkələr yəni Britaniya, Fransa, Almaniya, Rusiya və Çin tərəfindən kəskin tənqidlər ilə üzləşib. Hətta, bəzi ABŞ rəsmiləri belə Trampın bu addımını qınayıblar.
Avropa Birliyi cümə günü Trampın çıxışı ilə bağlı bəyanat yayaraq, ƏMTP-ni himayə etdiyini vurğuladı.