Lavrov və Zərif Suriya məsələlərini araşdırıblar
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif bir telefon əlaqəsində Suriyanın durumunu nəzərdən keçiriblər. Bu xəbəri Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin dünən verdiyi bəyanata əsasən, Sergey Lavrov Məhəmməd Cavad Zərif ilə telefon söhbətində həmçinin onunla Astana müzakirələrinin inkişaf etdirilməsi istiqamətində atılacaq gələcək addımlar ətrafında fikir mübadiləsi aparıb.
Lavrov dünən Suriya hadisələrinin son durumuna digər bir telefon danışığında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də birgə nəzər salıb.
İndiyədək Suriyada atəşkəsə zəmanətçi ölkələr kimi İran, Rusiya və Türkiyə, eləcə də Suriya dövləti və əhatəli atəşkəs müahidəsini qəbul edən silahlı müxalifət heyətlərinin iştirakı ilə Astana şəhərində altı dövr yüksək səviyyəli müzakirələr aparılıb.
Bu qəbildən yeddinci dövr də dünən Qazaxıstan paytaxtında başlanıb və bu gün davam etdiriləcəkdir.
Bu müzakirələrin əsas nəticəsi, Suriyada gərginliyin azaldılması məntəqələrinin yaradılması olubdur.