Noy 07, 2017 17:54 Asia/Baku
  • Mogerini və Amano nüvə anlaşması haqda danışıqlar apardı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ABŞ paytaxtı Vaşinqtonda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə İranın nüvə proqramı haqda danışıqlar aparıb.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İran və 5+1 qrupunun nüvə anlaşması haqda məsləhətləşmələr aparmaq üçün Vaşinqtonda səfərdə olan Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşərək danışıqlar aparıb. 

Avropa Birliyinin ABŞ-dakı nümayəndəliyi öz twitter səhifəsində bildirib: Mogerini bu görüşdə Əhatəli Müştərək Təşəbbüs Proqramı və nüvə silahlarının yayılmasının qadağan edilməsi ilə əlaqədar məsələr haqda Amano ilə müzakirə aparıb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru həmçinin ABŞ prezidenti Donald Trampın müavini Mayk Pens, Senatın və Nümayəndələr Palatasının bir neçə yüksək səviyyəli üzvü ilə görüşərək nüvə anlaşmasının icrası haqda danışıqlar aparacaq.

Mogerini və Amano Vaşinqtonun nüvə anlaşması əleyhinə yeni funksiyası və Trampın bu anlaşmadan çıxmağa dair təhdidinə reaksiyada İranın nüvə anlaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirdiyini və bu beynəlxalq anlaşmanın qorunmasını vurğulayıblar.

Teqlər