Moqerini: AB İranı sanksiya etmək proqramına malik deyil
https://azeri.sahartv.ir/news/dünya-i286489-moqerini_ab_İranı_sanksiya_etmək_proqramına_malik_deyil
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi deyib: Avropa Birliyi İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ehtimalını zəif hesab edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2017 06:16 Asia/Baku
  • Moqerini: AB İranı sanksiya etmək proqramına malik deyil
    Moqerini: AB İranı sanksiya etmək proqramına malik deyil

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi deyib: Avropa Birliyi İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ehtimalını zəif hesab edir.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Federika Moqerini bazar ertəsi günü Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə təşkil edilmiş iclasının sonunda Avropa Birliyinin İrana qarşı sanksiyaların tətbiq edilməsində ABŞ-ın siyasətini izləməsi məsələsinə gəlincə deyib: Avropa Birliyi İrana qarşı sanksiya tətbiq etmək  proqramına malik deyil. 

Amerikada Donald Trampın prezident seçilməsindən sonra, Vaşinqton həmişə olduğundan daha artıq İrana zərbə vurmağa çalışır. 

Tramp hökuməti İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasınə dəyişiklik etmək və ya mümkün olarsa anlaşmanı pozmaq məqsədi ilə İranın raket proqramı da daxil olmaqla müxtəlif məsələləri bəhanə edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın və 70 nəfərin adını sanksiyalar siyahısına daxil edib.