ABŞ-ın Türkiyə qarşısında vədinə xilafı
-
ABŞ-ın Türkiyə qarşısında vədinə xilafı
ABŞ-ın "Suriya Demokratik Qüvvələri"ni dəstəkləməməsi haqda Türkiyəni arxayın etməsinə rəğmən, Associated Press ABŞ silahlarının bu qüvvələrə göndərilməsi prosesinin davam etməsini ifşa edib.
Əl-Hədəs bildirib: ABŞ Türkiyəyə verdiyi vədlərin əksinə olaraq, Suriya (separatçı) kürd qruplarına hərbi təchizatlar göndərib.
Əl-Hədəs televiziyasının məlumatına görə, ABŞ-ın "Suriya Demokratik Qüvvələri"ni dəstəkləməməsi haqda Türkiyəni arxayın etməsinə rəğmən, Associated Press İnformasiya Agentliyi ABŞ silahlarının Suriya kürd (separatçı) qruplarına göndərilməsi prosesinin davam etməsini ifşa edib. Həmçinin Suriya kürd (separatçı) məsulu bu televiziya ilə müsahibədə bildirib: ABŞ-ın kürd qruplara silah dəstəyi proqramında heç bir dəyişiklik yaranmayıb.
Əl-Hədəs müxbiri deyib: Associated Press İnformasiya Agentliyi bir video yayımlayaraq ifşa edib ki, ABŞ-ın 26 hərbi avtomobili Suriya kürdlərinin nəzarətində olan bölgələrə doğru hərəkət etməkdədir. Bu kadrlar Deyruz-Zur və Şədadə arasındakı yolda qeydə alınıb və Amerikanın hərbi avtomobillərinin İraq dövlət nömrə nişanlı yük maşınları ilə Suriya kürdlərinin nəzarətində olan bölgələrə aparıldığı müşahidə olunur. Türkiyə rəsmiləri ABŞ prezidentinə istinadən bildirmişdilər ki, bu ölkə Suriya kürdlərinə hərbi və silah yardımlarını dayandırır. Halbuki ABŞ rəsmiləri müttəfiqlərinə hərbi dəstəklərdə islahatların aparılmasından xəbər vermişdilər.