Yan 09, 2018 09:47 Asia/Baku
  • İngiltərədə
    İngiltərədə "Avstraliya qripi" epidemiyası

"Avstraliya qripi" adlı epidemiya təqribən bütün İngiltərəni bürüyüb.

Bu ölkə boyu mövcud olan bütün dövlət xəstəxanaları yeni qrip epidemiyası ilə üz-üzədirlər. Təkcə Durçester və Londonda bu cür hallar müşahidə olunmayıbdır.

İngiltərəni bürümüş "Avstraliya qripi" son yarım əsrdə bu xəstəliyin ən pis növü adlandırılıbdır.

"Deyli Mirror" adlı İngiltərə qəzeti yazıb ki, bu ölkədəki dövlət xəstəxanalarının təcili yardım bölmələri ağzınadək doludur və bu ölkə xəstəxanalarının çarpayıları standart səviyyədən on yeddi faiz çox bir həddə tutulubdur.

Təxminlərə əsasən, İngiltərədə "Avstraliya qripi"nə yoluxanların sayı arta bilər.

Həkimlər deyirlər ki, "Avstraliya qripi" ağciyər iltihabına və ölümə gətirib çıxara bilər.

Teqlər