Sel on minlərlə argentinalını evsiz qoydu
https://azeri.sahartv.ir/news/dünya-i294411-sel_on_minlərlə_argentinalını_evsiz_qoydu
Argentinada güclü yağıntı və daşqınlar nəticəsində on minlərlə nəfər öz evlərini tərk etməyə məcbur olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2018 08:18 Asia/Baku
  • Sel on minlərlə argentinalını evsiz qoydu
    Sel on minlərlə argentinalını evsiz qoydu

Argentinada güclü yağıntı və daşqınlar nəticəsində on minlərlə nəfər öz evlərini tərk etməyə məcbur olub.

Sel Argentinanın şimal-qərbində dağıntıların artması ilə nəticələnmişdir. Bölgə sakinləri münasib məkanlara sığınmağa məcbur olublar. 

Argentina rəsmiləri bu bölgədə bəzi yerlərdə çaylarda su səviyyəsinin 6 metrə çatdığını bildiriblər. 

Çaylarda su səviyyəsinin artması tendensiyasının davam edəcəyi proqnoz olunur.