Fev 04, 2018 12:27 Asia/Baku
  • Ağ Evin Şimali Koreyaya məhdud hücum üzrə qalmaqallı planı
    Ağ Evin Şimali Koreyaya məhdud hücum üzrə qalmaqallı planı

ABŞ Kütləvi İnformasiya Vasitələri Şimali Koreyaya məhdud hücum üzrə Ağ Evin qalmaqallı planından xəbər veriblər.

CNN xəbər televiziyası bildirib: ABŞ-ın bəzi rəsmiləri tərəfindən istiqamətlənən bu strategiya "burun qanaxması" hücumu kimi tanınır. Bu isə Koreya yarımadasını hərtərəfli müharibəyə sürükləyə bilər. 

Elə buna görə, ABŞ rəsmiləri, əsasən də dövlət katibi və müdafiə nazirləri arasında bu strategiya etirazla qarşılanmışdır. Çünki onlar Koreya yarımadasında böhranla davranışda daha ehtiyatlı olmağı istəyirlər. 

Lakin Ağ Evdə bəzi şəxslər, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mak Master, həmçinin Milli Təhlükəsizlik Agentliyinin bəziləri, xüsusilə Matt Puttinqer Şimali Koreyaya hücumu dəstəkləyirlər. 

Teqlər