N.Pelosi Trampın təklif etdiyi büdcəni tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i295479-n.pelosi_trampın_təklif_etdiyi_büdcəni_tənqid_edib
ABŞ konqresinin nümayəndələr palatasında azlıq təşkil edən fraksiyanın lideri bu ölkə prezidenti Donald Trampın təklif etdiyi büdcəni tənqid edərək, vurğulayıb ki, Tramp bu büdcədə yoxsullara göz yumubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2018 16:29 Asia/Baku
  • N.Pelosi Trampın təklif etdiyi büdcəni tənqid edib
    N.Pelosi Trampın təklif etdiyi büdcəni tənqid edib

ABŞ konqresinin nümayəndələr palatasında azlıq təşkil edən fraksiyanın lideri bu ölkə prezidenti Donald Trampın təklif etdiyi büdcəni tənqid edərək, vurğulayıb ki, Tramp bu büdcədə yoxsullara göz yumubdur.

ABŞ konqresinin nümayəndələr palatasında azlıq təşkil edən fraksiyanın lideri Nensi Pelosi bir bəyanat yayaraq vurğulayıb ki, Tramp dövlətinin büdcəsi zalımcasınadır və fəhlə ailələrinin, uşaqların və yaşlıların gələcəyinə dəyər verməyibdir.

ABŞ konqresinin nümayəndələr palatasında demokratların rəhbəri həmçinin respublikaçıların vergi proqramını "varlıları və şirkətləri varlandırmaq üçün amerikalı uşaqların gələcəyindən oğurluq" adlandırıb və bildirib ki, Ağ Evin təklif etdiyi büdcə də bu zülmü şiddətləndirən bir tərzdə hazırlanıbdır.

Nensi Pelosi habelə Trampı göpçu prezident adlandırıbdır.