Fev 19, 2018 16:38 Asia/Baku
  • Atışmadan canını qurtarmış məktəbli Trampı kəskin tənqid edib
    Atışmadan canını qurtarmış məktəbli Trampı kəskin tənqid edib

Amerikanın Florida ştatında bir məktəbə qarşı silahlı hücumdan sağ qurtarmış məktəbli sərt mesajda ABŞ prezidenti Donald Trampın Milli Tüfəng Cəmiyyətinə üzvlüyünü qınayıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, silahlı hücumdan sağ olaraq xilas olmağı bacaran məktənbli Emma Qonzales Frut Loderdil bölgəsində geniş aksiyaçılar toplusunda etdiyi çıxışında ölkədə silaha nəzarətin təmin edilməsi üçün təcili addımların atılmasını vurğulayaraq " sizə ar olsun" mesajı ilə Trampın ABŞ-da silah daşımanı dəstəkləməsini kəskin şəkildə tənqid edib və prezidentin Milli Tüfən Cəmiyyəti ilə əlaqədə olduğuna görə , bu kimi hadisələrin törədilməsində məsuliyyət daşıdığını bildirib. Bu məktəbli Donald Trampın seçki qərargahının 2016-cı ildə oldu sila üzrə milli cəmiyyətdən milyonlarla dollar maliyyə yardımı aldığını bildirərək Trampı kəskin qınayıb. Qonzalesin məktəbli yoldaşları məktəbdə baş verən silahlı hücum nəticəsində 17 məktəblinin həlak olduğu anları yaxşı xatırlayırlar və silahlı hücumu törədən Nikolas Kruzu da yaxşı tanıyırlar. Təhqiqatların nəticələrinə görə, Kruz ağdərililərin digər rənglilərə üstün olduğuna inanan qrupa üzvdür. Amerika Floridadakı məktəbdə baş verən hadisənin oxşarlarını çox yaşamışdır və yeni milad ilinin ilk 7 həftəsində Florida məktəbindəki qanlı hadisə bu növ hadisələrin 7-cisi idi və bu hər həftə üçün bir qanlı hadisə deməkdir. 

Ehtimallara  görə, Amerikada əhalinin əlində olan silahların sayı 270-310 milyon ədədə çatır. Ekspertlərin dediklərinə görə, ABŞ-da evlərin 53 faizində odlu silah saxlanılır və bu ölkə mülkilər arasında adambaşına düşən odlu silah statistikası baxımından dünyada birinci yerdə durur.  

Teqlər