Tramp: Mən demişəm ki, müəllimlərin 20 faizinə silah verin
ABŞ prezidenti öz twitt-lərində bu ölkə məktəblərində silahlı zorakılıqlar ilə mübarizə üçün müəllimlərin silahlandırılmaları vacibliyi barədəki sözlərini əsaslandırmağa çalışıb.
Donald Tramp öz twitter səhifəsində mesajlar yayaraq, yazıb: Mən demişəm ki, yüksək rəqəm olan "müəllimlərin iyirmi faizi", atəşlərin cavabını tez bir zamanda qarşılıqlı atəşlə verə bilər.
Tramp əlavə edib: Tarix göstərir ki, məktəblərdə atışma orta hesabla üç dəqiqə sürür. Təqribən beş və səkkiz dəqiqə çəkir ki, polis və yardım qüvvələri özlərini cinayət məkanına çatdırsınlar.
Təlim görmüş və mahir müəllim və təlimçilər silahdan istifadə edərək, dərhal və polisin özünü yetirməsindən öncə problemi həll edəcəklər. Bu, fövqəladə önləyici bir hərəkətdir!
Amerikada çıxan "Nyu-York Deyli Nyus" nəşri Trampın ağzıbağlı fotosunu yayaraq, yazıb ki, o, bütün şeylər barədə, silahın alınması anından amerikalı müəllimlərin silahla təchiz edilmələri ehtiyacınadək, şəxslərin keçmişləri və psixoloji sağlamlıqlarının araşdırılması vacibliyindən danışıb, amma hətta küçələrimizə axmış üç yüz milyon ədəd silahdan bir kəlmə belə danışmayıbdır.