Apr 17, 2018 11:56 Asia/Baku
  • Ağ Evin daha bir rəsmisi istefa verib
    Ağ Evin daha bir rəsmisi istefa verib

ABŞ dövlətinin sözçüsü bu ölkə prezidentinin kiber təhlükəsizliyi üzrə koordinatorunun istefa verməsindən xəbər verib.

ABŞ dövlətinin sözçüsü Sara Senders dünən axşam bir bəyanatda bildirib ki, bu ölkə prezidentinin kiber təhlükəsizliyi üzrə koordinatoru Rob Coys Amerika milli təhlükəsizlik şurasını və Ağ Evi tərk edəcək.

Sara Senders bu bəyanatda həmin məsələnin səbəbinə toxunmayıb. Coys Amerika milli təhlükəsizlik agentliyindəki əvvəlki vəzifəsinə geri dönməlidir.

Bu xəbər elə bir şəraitdə yayılır ki, ötən həftə də ABŞ prezidentinin daxili təhlükəsizlik məsələləri üzrə müşaviri və Coysun şefi- Tom Bossert vəzifəsindən istefa vermişdi.

ABŞ mediaları həmçinin Ağ Ev işçilərinin rəisi Con Kellinin istefa verməsi ehtimalından xəbər verirlər. Bu minvalla Trampın hakimiyyətə gəlməsindən təkcə bir ilin keçməsilə onun dövlətində ixrac və istefa serialı davam etməkdədir.

Teqlər