Apr 23, 2018 10:01 Asia/Baku
  • Cənubi Koreya Şimali Koreya əleyhinə sərhəd təbliğatının yayımını durdurdu
    Cənubi Koreya Şimali Koreya əleyhinə sərhəd təbliğatının yayımını durdurdu

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikası əleyhinə təbliğat proqramlarını dayandırıb.

İRNA-nın məlumatına görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi bu gün bildirib: Koreya yarımadasında sülh ruhunun gücləndirilməsi və gərginliyin azaldılması məqsədilə iki Koreya rəsmilərinin iclasından öncə Şimali Koreya ilə sərhəd bölgələrdə təbliğat pöroqrmlarının yayımı durdurulmuşdur. 

Cənubi Koreya Müdafiə Nazirliyi ümidvarlıq edib ki, bu addım iki Koreya arasında təbliğat və tənqidi fəaliyyətlərin azalması ilə nəticələnəcək. 

Cənubi Koreya 1963-cü ildən bəri Şimali Koreya ilə sərhəddə 11 məkanda təbliğat səsgücləndiricləri yerləşdirib. İki ölkə arasında qalmaqallı vaxtlarda bu vasitədən Şimali Koreyaya qarşı istifadə olunurdu. 

Şimali Koreya da bu addıma reaksiyada təbliğatı zərərsizləşdirmək üçün oxşar məkanlarda bir çox səsgücləndirici yerləşdirmişdi. 

İki ölkə başçılarının iclasında araşdırılacaq mövzular haqda məsləhətləşmə üçün iki Koreya rəsmilərinin işçi iclasının üçüncü turu bu gün Panmunjom sərhəd bölgəsində başlanıb. 

Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In 2018-ci il 27 aprel tarixində Panmunjom sərhəd kəndində görüşərək danışıqlar aparmalıdır. 

İki Koreyanın münasibətlərinin yaxşılaşması, sülhün bərpası, Koreya yarımadasında böhranın həlli Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen Inın görüşünün əsas müzakirə obyekti olacaqdır. 

Teqlər