Apr 23, 2018 21:28 Asia/Baku
  • Cənubi Koreya vətəndaşları ABŞ-a etiraz ediblər
    Cənubi Koreya vətəndaşları ABŞ-a etiraz ediblər

Cənubi Koreya vətəndaşları ölkələrində ABŞ-ın raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinə bir daha etiraz ediblər.

Cənubi Koreyanın Yunhap informasiya agentliyinin məlumatına görə, vətəndaşlar Seulun cənub-şərqində Seonqju bölgəsində aksiya keçirərək Tad raket sisteminin yığışdırılmasını tələb ediblər.

Aksiya Cənubi Koreya təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə insidentlə nəticələnib. Azı on etirazçı yaralanıb.

Koreyalılar ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirməklə ABŞ-ın raket əleyhinə müdafiə sisteminin Cənubi Koreyada yerləşdirilməsinə etiraz ediblər.

ABŞ və Cənubi Koreya 2016-cı il iyul ayında Tad raket sisteminin yerləşdirilməsi üzrə razılığa gəliblər. Nəhayət Çin, Rusiya və Cənubi Koreya vətəndaşlarının etirazlarına rəğmən bu sistem Seonqju bölgəsində yerləşdirilib.

Teqlər