İyun 05, 2018 08:49 Asia/Baku
  • Rusiyada Ukrayna casusu 12 il azadlıqdan məhrum edildi
    Rusiyada Ukrayna casusu 12 il azadlıqdan məhrum edildi

Rusiyada bir məhkəmə Ukrayna üçün casusluq etmək cinayəti ilə Ukraynaın yüksək səviyyəli təhlükəsizlik zabitini 12 il azadlıqdan məhrum edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Rusiya təhlükəsizlik qüvvələri 2016-cı il oktyabr ayında Roman Suşçenkonu Ukraynanın xeyrinə casusluq etmək ittihamı ilə saxlamışdılar. 

Bildirildiyinə görə, Suşçenko on il öncədən Ukrayna Dövlət İnformasiya Agentliyi Ukrinforumun jurnalisti adı altında fəaliyyət göstərib. Bazar ertəsi günü verilən Rusiya Məhkəməsinin qərarına əsasən, o öz məhkumluq dövrünün 12 ilini ağır şəraitdə sürgündə keçirməlidir. 

Suşçenko Rusiyanın Milli Qvardiyası haqda sıralanmış məlumatları toplanmaqda suçlanıb. Rusiya Milli Təhlükəsizlik Xidməti bildirib ki, o Ukrayna təhlükəsizlik xidmətində mayor dərəcəli yüksək səviyyəli təhlükəsizlik zabiti olub. 

Bununla belə Ukrayna hökuməti Suşçenkonun bu ölkənin təhlükəsizlik xidmətləri ilə hər hansı əlaqəsinin olmasını təkzib edib və Suşçenkonun vəkili Rusiya məhkəməsinin qərarından şikayət edəcəyini bildirib. 

Teqlər