Ərəbistanın Ankaradakı səfirliyi önündə ali-səud rejiminə qarşı aksiya keçirilib
-
Ərəbistanın Ankaradakı səfirliyi önündə ali-səud rejiminə qarşı aksiya keçirilib
Türkiyə əhalisinin bir qrupu Ərəbistanın Ankaradakı səfirliyi önünə toplaşaraq, ali-səudun Yəməndəki zorakı siyasətlərinə və bu ölkədə törətdiyi soyqırımına etiraz edib.
Dünən keçirilən bu aksiyada etirazçıların əllərində Yəmənin məzlum xalqı və uşaqlarının şəkillərindən ibarət plakatlar olub. Onlar ali-səuda qarşı şüarlar verərək, Ərəbistan rejiminin Yəməndəki cinayət və hücumlarının dayandırılmasını istəyiblər.
Eyni zamanda, oxşar etiraz aksiyası Ərəbistanın İstanbuldakı konsulluğu qarşısında keçirilib.
Həmçinin Belçikada yaşayan yəmənlilər də şənbə günü təcavüzkar səud koalisiyasının Yəmənə qarşı təcavüzünü pisləyərək, Ərəbistanın Brüsseldəki səfirliyi önündə aksiya keçiriblər. Onlar Yəməndəki müharibənin dayandırılmasını istəyiblər.
Ərəbistan ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək təqribən 16 min yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.