Ağ Evdə daha bir istefa
https://azeri.sahartv.ir/news/dünya-i336490-ağ_evdə_daha_bir_istefa
Ağ Ev rəsmilərinin istefa dalğasının davamında ictimai əlaqələr şöbəsinin müdiri də öz vəzifəsindən istefa verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2019 08:56 Asia/Baku
  • Ağ Evdə daha bir istefa
    Ağ Evdə daha bir istefa

Ağ Ev rəsmilərinin istefa dalğasının davamında ictimai əlaqələr şöbəsinin müdiri də öz vəzifəsindən istefa verdi.

Foks Nyus-un bildirdiyinə görə, Ağ Evin sözçüsü Sara Sanderz bir bəyanat yayaraq, Ağ Evin ictimai əlaqələr şöbəsinin müdiri Bil Şaynın rəsmən istefa verdiyini açıqladı. 

Bil Şayn bir zamanlar Foks Nyus kanalına da rəhbərlik edib. O, bundan sonra 2020-ci il prezident seçkilərində Trampın seçki qərargahının baş müşaviri kimi fəaliyyətini davam etdirəcək. 

Ağ Ev Trampın prezidentliyi dönəmində bir çox dəyişikliyin şahidi olub. 

Ağ Evin Trampın prezidentliyi dövründəki ilk sözçüsü Şon Spayser, Ağ Evin ictimai əlaqələr şöbəsinin müdiri Hop Hiks və Ağ Evin sabiq rabitə müdiri Antoni Skarmuçi də bundan öncə öz vəzifələrindən istefa veriblər.