Co Baydenin növbəti rüsvayçılığı
ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden əxlaqsızlıqda ittiham olundu.
Röyters-in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müavini olmuş Co Baydan Nevada Ştatının meri postuna namizəd "Lüsi Flors"a qarşı əxlaqsız davranışda ittiham olunmasından cəmi iki gün sonra, daha bir əxlaqsızlıq işi ilə gündəmə gəlib.
Konnektikut Ştatından Emi Lapus çərşənbə axşamı Co Baydenin 2009-cu ildə onunla əxlaqsız rəftara malik olduğunu iddia etdi.
Emi Lapus "Hartford" qəzetinə verdiyi müsahibədə Baydenin əxlaqsız olduğunu və qadınlar başda olmaqla digərlərinə qarşı ictimai rəftarlarına heç bir əhəmiyyət vermədiyini deyib.
Lüsi Flors da cümə günü Co Baydeni əxlaqsızlıqda ittiham edərək, Baydenin 2014-cü ildə seçki prosesi zamanı ona qarşı əxlaqsız rəftara yol verdiyini deyib.
Bayden 2020-ci ildə prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşdığı bir zamanda bu kimi ittihamlara məruz qalıb.
Amerikada bir çox siyasətçi əxlaqsızlıqda və korrupsiyada ittiham olunur.
ABŞ prezidenti Donald Tramp da bir neçə əxlaqsız rəftarda ittiham olunur.