BMT ABŞ ilə İran arasında gərginliyin artmasına reaksiya verib
BMT baş katibinin sözçüsü ABŞ ilə İran arasında gərginliyin artmasına reaksiyada bütün tərəfləri təmkinli olmağa çağırıb.
BMT baş katibinin sözçüsü Stefan Ducarrik şəraitin qeyri-sakit olmasından narahatlıq ifadə edib. O, bütün tərəflərdən istəyibdir ki, gərginliyin artması və vəziyyətin hər cür kəskinləşməsinin qarşısını almaq üçün maksimum təmkinliliyi qoruyub saxlasınlar.
Ducarrik şəraitin həssas olduğunu qeyd edib.O, deyib: BMT-nin baş katibi Antonio Quterreş vəziyyətə yaxından nəzarət edir və təmaslar da yaradılıbdır. Bizim və BMT-nin baş katibinin mesajı, həm sözdə, həm də əməldə təmkinlilik göstərməkdir.
Ducarrikin sözlərinə görə, elə bir şərait mövcuddur ki, ola bilsin, hərəkətlər və sözlərdən əks qənaətə gəlinmiş və faciəli hərəkətlərlə qurtarmış olsun. Çox mühümdür ki, biz həm sözdə, həm də əməldə təmkinlilik göstərək.