Berni Sanders Trampın immiqrantlarla bağlı siyasətlərini tənqid etdi
Amerikalı demokrat senator Berni Sanders ABŞ prezidentinin immiqrantlarla bağlı siyasətini tənqid edərək, bunu zülm adlandırdı.
İRİB-nin bildirdiyinə görə, amerikalı müstəqil senator Berni Sanders öz Tvitter səhifəsində yazıb: ABŞ prezidenti Donald Trampın iki tirəliyə səbəb olan siyasətlərini rədd edirəm və insan haqları əsasında ailəyə önəm verən bir mühacirət mexanizminin hazırlanacağına zəmanət verirəm.
ABŞ prezidenti Donald Tramp 23 mayda özünün yeni miqrasiya layihəsini Ədliyyə Nazirliyinə təklif edəcək.
Bu layihədə ABŞ-a mühacirətin daha da çətinləşdirilməsi nəzərdə tutulur. Həmçinin, "Yaşıl Kart" (Green Cart) almaq üçün də şərtlərin dəyişdirilməsi təklif edilir.
Bu layihə Amerikada yaşamaq üçün "Yaşıl Kart"a sahib olanların ümumi xidmətlərdən o cümlədən səhiyyə imkanlarından və sığınacaqlardan istifadə haqlarını hədəfə alır və hətta, onların ölkədən çıxarılmasını belə nəzərdə tutur.
Analitiklərin dediklərinə görə, bu layihə qanuna çevrilərsə, Yaşıl Kart sahibləri bir çox problemlər ilə üzləşəcəklər.