Türkiyədən ABŞ-a sərt cavab
-
Türkiyədən ABŞ-a sərt cavab
Türkiyənin müdafiə naziri Ankaranın Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərardan vaz keçməsi üçün ABŞ-ın ultimatumunu rədd etdi.
İTAR Tass bildirir: Türkiyənin müdafiə naziri Hülusi Akar cümə axşamı ABŞ-ın verdiyi ultimatuma cavab olaraq dedi: Ankara Rusiyadan S-400 raket sistemi almasına görə ABŞ-ın sanksiyaları ilə üzləşməyə hazırdır.
Amerika Türkiyəyə Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərarından vaz keçməsi əvəzində, Amerikadan "Patriot" raketləri alması üçün 2 həfət möhlət verib.
ABŞ Türkiyənin Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərarına yenidən baxmayacağı təqdirdə, Türkiyədə F-35 qırıcıları üçün detalların istehsalı prosesini dayandıracağını və Türkiyəyə qırıcı təyyarə verməyəcəyini bildirib.
Ankara Rusiyadan S-400 raket sisteminin alınmasına dair Moskva ilə müqavilə imzalayıb. Rusiyadan alınacaq 4 ədəd S-400 raket sisteminin dəyəri 2.5 milyard dollardır.
ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon bildirib ki, NATO ölkələri Rusiya istehsalı olan silahlar almamalıdırlar.
Pentaqonun qənaətiə görə, Rusiyanın S-400 raket sistemi F-35 qırıcılarına qarşı casusluq imkanına malikdir və ABŞ istehsalı olan bu qırıcılara dair məlumatlar Rusiya ordusunun əlinə keçə bilər.