İndoneziya Amerikanın zibillərini özünə qaytarır
İndoneziya da digər cənub-şərqi Asiya ölkələri kimi Qərbdən idxal olunmuş zibilləri Amerika daxil olmaqla göndərən ölkələrə geri qaytarır.
İndoneziya rəsmiləri Amerikadan göndərilmiş zibillərin həmin ölkəyə qaytarılmasına işarə edərək, bildiriblər: Bundan sonra İndoneziya da digər cənub-şərqi Asiya ölkələri kimi Qərb ölkələri zibillərinin saxlanılma məkanı olmayacaqdır.
İndoneziya medialarının məlumatlarına görə, qərar üzrə Amerikadan göndərilən zibilləri daşıyan konteynerlərdəki zibillər kağız tullantıları olmalı idi. Amma bu konteynerlərin daxil olmaları ilə məlum olubdur ki, bu yüklər qeyri-sanitariya, emalolunmaz və təhlükəli tullantılardırlar.
İndoneziyanın ekologiya naziri Səid Məhadar bu barədə belə deyib: Biz bir zibil qabına çevrilmək istəmirik.
İndoneziya Qərbdən idxal olunan zibilləri, göndərən ölkələrə geri qaytaran cənub-şərqi Asiya ölkələri arasında sonuncu ölkədir.
Bundan öncə 69 konteyner üstündə Kanada ilə Filippin arasında diplomatik dava qızışmışdı.