Türkiyə Amerikanın qərarına reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i344563-türkiyə_amerikanın_qərarına_reaksiya_verib
Türkiyə xarici işlər nazirliyi Amerikanın Ankaranın F-35 qırıcılarının satın alınması proqramından götürülməsi barədəki qərarına reaksiyada bildirib ki, Vaşinqtonun qərarı ittifaq və həmkarlıq ruhu ilə təzad təşkil edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2019 13:40 Asia/Baku
  • Türkiyə Amerikanın qərarına reaksiya verib

Türkiyə xarici işlər nazirliyi Amerikanın Ankaranın F-35 qırıcılarının satın alınması proqramından götürülməsi barədəki qərarına reaksiyada bildirib ki, Vaşinqtonun qərarı ittifaq və həmkarlıq ruhu ilə təzad təşkil edir.

Türkiyə xarici işlər nazirliyi bu gün bir bəyanatda Amerikanın Ankaranın F-35 qırıcılarının satın alınması proqramından götürülməsi barədəki qərarına reaksiyada bildirib ki, ABŞ rəsmilərinin bu qərarı qanuni əsaslandırmaya malik deyildir.

ABŞ dövlət departamenti dünən bildirib ki, Türkiyəni F-35 qırıcıları proqramından çıxarıbdır.

Vaşinqton bundan öncə təhdid etmişdi ki, Türkiyənin S-400 raket sistemlərini Rusiyadan satın alacağı təqdirdə Ankaranı F-35 qırıcıları proqramından götürəcəkdir.