Ağ Ev-in daha bir rəsmisi qovuldu
https://azeri.sahartv.ir/news/dünya-i348808-ağ_ev_in_daha_bir_rəsmisi_qovuldu
Amerika prezidenti bu ölkənin daxili təhlükəsizlik nazirinin ümumi müşavirini vəzifəsindən azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2019 13:08 Asia/Baku
  • Ağ Ev-in daha bir rəsmisi qovuldu

Amerika prezidenti bu ölkənin daxili təhlükəsizlik nazirinin ümumi müşavirini vəzifəsindən azad edib.

Amerika daxili təhlükəsizlik nazirliyinin sözçüsü bu gün bu ölkənin daxili təhlükəsizlik nazirinin ümumi müşaviri Con Mitnikin vəzifəsindən çıxarılması xəbərini təsdiq edərək, bildirib ki, ABŞ prezidentinin müşavirlərindən olan Çad Mikel, Mitnikin yerini tutmalıdır.

Mitnik 2017-ci ildə Donald Trampın göstərişi ilə bu dövlət vəzifəsinə təyin edildi və onun hökmü sonrakı ildə ABŞ senatı tərəfindən təsdiq olundu.

Con Mitnikin çıxarılması xəbəri elə bir halda yayılıbdır ki, Amerikanın daxili təhlükəsizlik nazirliyinin yüksək vəzifəli işçiləri və müşavirlərinin bir çoxu bu nazirliyin Ağ Ev-lə ixtilaflarının şiddətlənməsinə görə, istefa vermək və bu orqanı tərk etmək niyyətindədir.