ABŞ qüvvələri Suriyanın şimalındakı ən böyük hərbi bazadan çıxıblar
-
ABŞ qüvvələri Suriyanın şimalındakı ən böyük hərbi bazadan çıxıblar
Media mənbələri ABŞ qüvvələrinin Suriyanın şimalındakı ən böyük hərbi bazadan çıxdıqlarını bildiriblər.
ABŞ qüvvələri Suriyanın şimalındakı Kobani yaxınlığında yerləşən Sərrin bazasını təxliyə ediblər.
Amerikanın Suriyanın şimalında ən iri bazası olan Sərrin, ABŞ-ın son iki həftə ərzində tərk edilən dördüncü hərbi bazasıdır. Bundan əvvəl Amerikanın müdafiə naziri Mark Esper ABŞ qüvvələrinin Suriyadan çıxacaqlarını elan etmişdi.
Belə bir halda, Suriya Demokratik Qüvvələri bir bəyanat yayaraq,Türkiyənin son 24 saat ərzində Suriyanın şimalına qarşı hücumlarında öz üzvlərindən 16 nəfərin öldüyü, üç nəfərin isə yaralandığını bildirib və Ankaranın atəşkəsi pozmasını pisləyibdir.
Digər bir xəbərə görə, Suiryanın şərqində yerləşən Diyrəzzur vilayətinin sakinləri aksiya keçirərək, Türkiyənin Suriyanın şimalına qarşı hücumunu pisləyiblər.
Son günlər Suriyanın müxtəlif bölgələri Türkiyənin Suriyanın şimalına qarşı təcavüzünü pisləyən aksiyaların şahididirlər.