Noy 28, 2019 17:59 Asia/Baku
  • ABŞ-ın siyasət oyunbazlarının fəaliyyəti onların şeytani niyyətlərindən xəbər verir
    ABŞ-ın siyasət oyunbazlarının fəaliyyəti onların şeytani niyyətlərindən xəbər verir

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bəzi Amerika rəsmilərinin onun ölkəsi barədəki iftiralarını onların şeytani niyyətlərinin nişanəsi adlandırıb.

Qan Şuan dünən Pekində daxili və xarici müxbirlərlə mətbuat konfransında deyib: Amerika etika məsələsində Çin ilə müqayisəediləsi deyildir, zira Pekin daim beynəxalq səviyyədə sülhə dəstək verərək, insan cəmiyyətinin qurulmasına çalışıbdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin ABŞ-ın dövlət katibi Mayk Pompeonun “Sin Kiyan”da insan haqlarının pozulması haqdakı sözlərini yalan adlandırıb və belə əlavə edib: Bu məsələ bir daha Vaşinqtonun terrorizmlə mübarizədəki ikili strategiyasını göstərdi.

Bu çinli rəsminin sözləri ABŞ-ın Almaniyadakı səfirinin sözlərinə reaksiyada söylənibdir. O, demişdi ki, Vaşinqton və Pekin əxlaq məsələlərində müqayisəolunası deyillər və onların müqayisə edilmələri bir növ Amerikaya hörmətsizlikdir.

 

 

Teqlər