ABŞ-da atışma qurbanlarının sayı artıb
ABŞ-ın Nyu-Cersi ştatında baş verən atəş açma azı 6 nəfərin həyatına son qoyub.
NBC Nyuz kanalı yerli KİV-ə istinadən xəbər verir ki, bu gün çərşənbə dekabrın 11-i səhər çağı Nyu-Cersi ştatında yerləşən Cersi-Siti şəhərində atışma nəticəsində bir polis işçisi, iki şübhəli şəxs və üç mülki həyatını itirib.
Bu məlumata əsasən, hadisə narkotik maddələrin mübadiləsi zamanı bir saat boyunca baş verib və terror yaxud nifrət xarakterli cinayətlər ilə heç bir əlaqəsi yoxdur.
Cersi-Siti polisi çərşənbə axşamı günü 10 dekabr iki silahlı şəxsin polis məmurlarına atəş açmasini bildirib.
İlkin məlumata əsasən, bu hadisədə iki polis işçisi yaralanıb.
ABŞ-ın müxtəlif şəhərləri, adam başı bir silahın mülkilərın ixtiyarında olması ucubatından ardıcıl olaraq zorakılıq, girovgötürmə və silahlı hücumların şahididir.