Çində koronavirusun qurbanlarının sayı 304 nəfərə çatıb
-
Çində koronavirusun qurbanlarının sayı 304 nəfərə çatıb
Çinin Səhiyyə Nazirliyi bu gün bildirib ki, koronavirusa yoluxanlardan növbəti 45 nəfərin ölümü ilə bu xəstəlik nəticəsində ölənlərin sayının 304 nəfər çatdığını bildirib.
İRNA-nın verdiyi məlumata görə, Çinin Səhiyyə Nazirliyi bu gün səhər bildirib ki, bu ölkədə növbəti 2 min 590 yoluxma halı təsdiqlənib və yoluxanlardan növbəti 45 nəfəri həyatını itirib.
Dünən koronavirus nəticəsində ölənlərin sayı 259 bu virusa yoluxanların sayı isə 11 min 791 nəfər elan edilmişdi.
Çində koronavirusun yayılmasından sonra beynəlxalq hava şirkətlərinin çoxu bu ölkəyə uçuşları dayandırıblar.
Ümumdünya Səhiyyə Təşkilaıt da dünya səviyyəsində fövqəladə vəziyyət elan edərək koronavirusun çində yayılmasının get-gedə geniş vüsət almasından nigaranlıq ifadə edib.
Ötən milad ilinin axırlarında ilk dəfə olaraq Uhan şəhərinin dəniz qidaları bazarında müşahidə olundu və indi bu ölkənin 30 vilayətindən əlavə dünyanın 18 ölkəsinə də yayılıb.
Çinin Milli Səhiyyə Komisiyası və Maliyyə Nazirliyi Koronavirus ilə mübarizə üçün 60 milyard yuan(8.74 milyard dollar) vəsait ayırıb.