15 Avropa ölkəsi post-Breqsit büdcəsini müzakirə edir
Avropa ölkələri Portuqaliyanın paytaxtı Lissabon şəhərində Breqsitdən sonrakı dövr üçün Avropa İttifaqı büdcəsi ilə bağlı ən qısa müddətdə konsesusa gəlməyin vacibliyini vurğulayıblar.
Frans Press Xəbər Agentliyinin məlumatına görə, Avropanın cənub, mərkəz və qərbindəki 15 ölkə Portuqaliyanın paytaxtı Lissabon şəhərində "birliyin dostları" adlı bir toplantıda Britanıyanın Avropa İttifaqını tərk etməsindən sonra ən qısa zamnda Avropa büdcəsi ilə bağlı razılığa gəlməyin vacibliyini vurğulayıblar.
Bolqarıstan, Çexiya, Kipr, Estoniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və İspaniya bu toplantının yekun bəyanatını imzalayıblar.
Portuqaliyanın baş naziri Antonio Kosta iclasdan sonra keçirilən mətbuat konfransında Breqsitdən sonrakı dövr üçün Avropa ittifaqı büdcəsi ilə bağlı razılaşmanın zəruri olduğunu bildirib.
Onun sözlərinə görə, Breqsitdən sonra Avropanın birliyi keçmişdəkindən daha da vacib və önəmlidir.
Bu ölkələr həmçinin fevralın 20-də post-Breqsit büdcəsi üzrə konkret bir razılaşmanın əldə edilməsində qətiyyətli olduqlarını diqqətə çatdırıblar.
Nəhayət Brüssel və London arasında üç il sürən mübahisə və fikir ayrılığından sonra yanvarın 31-də Britaniya Avropa İttifaqını rəsmən tərk edib.