Fev 03, 2020 09:00 Asia/Baku
  • Çində koronavirusun qurbanlarının sayı 360-a çatıb
    Çində koronavirusun qurbanlarının sayı 360-a çatıb

Çinin Səhiyyə Nazirliyi bu gün səhər çağı bildirib ki, koronavirusa yoluxanlardan başqa 56 nəfərin ölümü ilə bu virusun qurbanlarının sayı 360 nəfərə çatıb.

İRNA-nın verdiyi məlumata görə, Çinin Səhiyyə Nazirliyi koronavirusa yoluxanların sayının 2 min 103 nəfərə çatdığını bildirib. 

Öncə Çinin səhiyyə rəsmiləri koronavirusun qurbanlarının sayının 304 nəfərdən ibarət olduğunu bildirmişdilər. 

Çində koronavirusun yayılmasından sonra bir çox beynəlxalq hava şirkətləri bu ölkəyə olan uçuşlarını dayandırıblar. 

Koronavirus ötən milad ilinin axırlarında ilk dəfə olaraq Uhan şəhərinin dəniz qidaları bazarında müşahidə olundu və indi bu ölkənin 30 vilayətindən əlavə dünyanın 18 ölkəsinə də yayılıb. 

 

Teqlər