Fev 04, 2020 19:06 Asia/Baku
  • ABŞ konqresmeni bu ölkə hökumətinin səhvini etiraf edib
    ABŞ konqresmeni bu ölkə hökumətinin səhvini etiraf edib

ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvü bu ölkə hökumətinin sərhədlərdə iranlıları istintaq edərkən böyük səhvə yol verdiyini etiraf edib.

Pramila Cayapal deyib: Amerikanın gömrük və sərhəd mühafizəsi idarəsi təsdiq edibdir ki, yanvar ayında Amerika-Kanada sərhədində İran mənşəli amerikalıları 12 saat ərzində istintaq edərkən böyük protokol səhvlərinə yol veribdir.

Cayapal əlavə edib: İlk dəfə olaraq, Amerikanın gömrük və sərhəd mühafizəsi idarəsindən eşidirik ki, çox ciddi səhvlər baş veribdir.

Bundan öncə ABŞ mediaları xəbər vermişdilər ki, bir amerikalı sərhəd məmuru miqrasiya vəkili Li Sandersə bir email veribdir.

Bu email-də amerikalı sərhəd məmuru təsdiq edibdir ki, Amerikanın gömrük və sərhəd mühafizəsi idarəsi bu ölkəyə daxil olmaq istəyən İran mənşəli şəxslərin istintaq edilmələri barədə göstəriş veribdir.

Ağ Ev başçıları İran xalqını himayə etdiklərini iddia etdikləri bir halda, bəzi tələbələrin mötəbər vizalarını ləğv edərək, iranlıların Amerikaya daxil olmalarına maneçilik törədirlər.

 

 

Teqlər