Fev 07, 2020 19:40 Asia/Baku
  • Çin bu ölkənin iqtisadi inkişafının davamına təkid edib
    Çin bu ölkənin iqtisadi inkişafının davamına təkid edib

Çin prezidenti deyib ki, koronavirusun yayılması bu ölkənin iqtisadi inkişafını dayandırmayacaq.

Si Tsinpin ABŞ prezidenti Donald Trampla telefon söhbətində deyib: Koronavirusun yayılmasının qarşısının alınması və ona nəzarət üçün tibb qrupları, yardımçılar və qüvvələrin səfərbər edilmələri elə əvvəldən gündəmdə dururdu və hər gün təsirli nəticələr əldə olunur. İnanırıq ki, ölkənin iqtisadi inkişafına xələl gəlməyəcək.

Amerika bu ölkə vətəndaşlarının Çinə və əks istiqamətdə səfərləri üçün ciddi qadağalar nəzərdə tutan ilk ölkə olubdur.

Koronavirusa yoluxmuş 73 xəstənin ölümü ilə, bu cür yoluxma nəticəsində həlak olanların sayı 636 nəfərə çatıbdır.

Beləliklə, bütün Çində koronavirusa yoluxanların sayı 31 min nəfəri ötüb keçibdir.

 

 

Teqlər