Pekin İranın göndərdiyi tibbi yardımlara görə minnətdarlıq edib
Çin Xarici İşlər Nazirliyinin sözçüsü koronavirusun aradan qaldırılması üçün İranın tibbi yardımlar göndərməsinə minnətdarlıq edib.
Hua Tszunin dünən Pekində keçirdiyi mətbuat konfransında deyib: İran indiyədək Çinə üç milyon tibbi maska göndərib və bildirib ki, Çinə daha çox tibbi və səhiyyə yardımları göndərməyə hazırdır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İranın xarici işlər Məhəmməd Cavad Zərifin Pekinin koronavirusun aradan qaldırılması üçün təsirli və qətiyyətli tədbirlər görməsini alqışlayan mesajına görə təşəkkür edib və onu iki xalq və ölkə arasında qədim və sədaqətli dostluğun nişanəsi adlandırıb.
Hua Tszunin həmçinin qeyd edib ki, ölkəsi şəffaf formada və konstruktiv münasibətlə koronavirusla bağlı informasiyaları digər ölkələrin ixtiyarına qoyacaq və əmindir ki, bu virusu aradan qaldıracaq.
Ötən milad ilinin dekabr ayının sonlarında ilk dəfə Çinin Hubey əyalətinin Vuhan şəhərində müşahidə olunan koronavirus bu ölkənin 30 əyalətindən əlavə, ABŞ, Avstraliya, Tailand, Malayziya, Cənubi Koreya, Yaponiya, Kanada, İsveç, İspaniya, Fransa və əmirliklər daxil olmaqla bir sıra digər ölkələrə də sirayət edibdir.
Çində koroanvirusdan irəli gələn xəstəlik nəticəsində indiyədək 638 nəfər həyatını itirib, 31 min nəfərdən çox insan da bu virusa yoluxubdur.