Çində koronavirusdan ölənlərin sayı 722 nəfərə çatıb
Çində koronavirusdan irəli gələn xəstəlik nəticəsində ölənlərin sayı 722 nəfərə çatıb.
Çin səhiyyə komissiyası bu gün səhər bildirib ki, koronavirusa yoluxmuş daha 86 xəstənin ölməsilə bu virusdan həlak olanların sayı 722 nəfərə çatıbdır.
Qeyd olunan 86 halın yalnız 81 halı koronavirusun yayılması mərkəzi olan Çinin Hubey əyalətinə aiddir.
Çinin səhiyyə mənbələri dünən koronavirusdan həlak olanların sayını 636 nəfər elan etmişdilər.
Çin səhiyyə komissiyasının məlumatında həmçinin deyilir ki, bu ölkədə koronavirusa yoluxma ilə bağlı 3399 yeni hal aşkar edilib. Bununla, bu virusa yoluxanların ümumi sayı 34546 nəfərə çatıb.
Deyilənlərə görə, koronavirusa yoluxanların 6101 nəfəri ağır fiziki vəziyyətə malikdir.
Belə bir halda, Çin xarici işlər nazirliyi cümə axşamı günü bildirib ki, bu ölkədə yaşayan xarici vətəndaşlar koronavirusun yayılmasına görə, hava reyslərinin ləğv edilməsindən nigaran olmasınlar.
Koronavirus hazırda Çinin 30 əyalətindən əlavə, ABŞ, Avstraliya, Tailand, Malayziya, Cənubi Koreya, Yaponiya, Kanada, İsveç, İspaniya, Fransa və əmirliklər daxil olmaqla bir sıra digər ölkələrə də sirayət edibdir.