Fev 11, 2020 12:18 Asia/Baku
  • Koronavirusun tələfatı min nəfəri ötüb keçdi

Çinin Hubey əyalətinin səhiyyə rəsmiləri bu gün səhər bildiriblər ki, bu əyalətdə koronavirusa yoluxma nəticəsində daha 103 nəfərin həyatını itirməsi ilə bu xəstəliyin törətdiyi tələfatın sayı min nəfəri ötüb keçibdir.

Çin milli səhiyyə komissiyası dünən koronavirusdan ölənlərin sayını 908 nəfər elan etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, bütün dünyada qırx min nəfərdən çox insan bu xəstəliyə yoluxub. Onların əksər hissəsi Çin ilə bağlıdır. Təkcə 319 nəfər digər ölkələrə aiddir.

İndiyədək Çindən kənarda təkcə bir nəfər koronavirusa yoluxma nəticəsində həyatını itirib.

Koronavirus ötən ilin dekabr ayının sonlarında Çinin Vuhan şəhərindən yayılmağa başlayıbdır.

Teqlər