Çində koronavirus tələfatı artıb
https://azeri.sahartv.ir/news/dünya-i357640-Çində_koronavirus_tələfatı_artıb
Çinin səhiyyə nazirliyi bu ölkədə koronavirus nəticəsində tələfatın nəzərəçarpacaq dərəcədə artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2020 05:30 Asia/Baku
  • Çində koronavirus tələfatı artıb

Çinin səhiyyə nazirliyi bu ölkədə koronavirus nəticəsində tələfatın nəzərəçarpacaq dərəcədə artmasından xəbər verib.

Ötən bir sutka ərzində Çində koronavirusa yoluxmuş 242 nəfər həyatını itirib.

Beləliklə, Çində bu virus nəticəsində həyatını itirənlərin sayı 1310 nəfərə çatıbdır.

Həmçinin bu müddət ərzində koronavirusa 14 mindən çox yeni yoluxma halı xəbər verilibdir ki, bu da Çində bu virusa yoluxanların ümumi sayını 58 min nəfərdən çox edibdir.

Yeni koronavirusun yayılması ötən ilin dekabrında Çinin Vuhan şəhərində başlanıb. O zamandan bəri bu virus dünyanın 25-dən çox ölkəsində yayılıbdır.

Müxtəlif ölkələr öz vətəndaşlarını Çinin Vuhan şəhərindən geri qaytardıqdan sonra onları bir müddət üçün karantində saxlayırlar ki, koronavirusa yoluxmadıqlarına əmin olmuş olsunlar.