Çində koronavirus qurbanlarının sayı 1665 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i357809-Çində_koronavirus_qurbanlarının_sayı_1665_nəfərə_çatıb
Çində koronavirusa yoluxanlardan daha 142 nəfərin ölümü ilə bu ölkədə həmin xəstəlikdən ölənlərin sayı 1665 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2020 06:43 Asia/Baku
  • Çində koronavirus qurbanlarının sayı 1665 nəfərə çatıb

Çində koronavirusa yoluxanlardan daha 142 nəfərin ölümü ilə bu ölkədə həmin xəstəlikdən ölənlərin sayı 1665 nəfərə çatıb.

Çin Milli Səhiyyə Komissiyası bu gün bildirib ki, koronavirusa yoluxanlara 2009, bu virusun qurbanlarına isə 142 nəfər əlavə olubdur.

Beləliklə, bütövlükdə Çində bu virusun qurbanlarının sayı 1665, ona yoluxanların sayı isə təqribən yetmiş min nəfərə çatıbdır.

Koronavirusla bağlı digər bir xəbərdə deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatı şənbə günü Çinin bu xəstəliyi aradan götürmək üzrə səyindən razılıq edərək, ümidvarlıq edibdir ki, bu prosesin davam etməsilə həmin xəstəlik tez bir zamanda tam şəkildə aradan qaldırılacaqdır.