May 02, 2020 16:14 Asia/Baku
  • Kaliforniyada Bri şəhəri 2020-ci ili

ABŞ-ın Kaliforniya Ştatında "Bri" şəhəri 2020-ci ili "erməni soyqırımının anılmasının 105-ci ili" elan edib.

Panarmenian Portalının ingilis dili versiyasının məlumatına əsasən, bu addım şəhərin meri Marti Simonovun təşəbbüsü ilə atılıb. 

Bununla əlaqədar Amerika Erməni Milli Komitəsi Bri Meriyasına öz minnətdarlığını ifadə edib. Komitənin yaydığı bəyanatda deyilir ki, Bri Meriyası əslində erməni soyqırımı məsələsinə məsuliyyətli yanaşdığını nümayiş etdirdi. Eyni zamanda erməni soyqırımının xatırlanması Ermənistan-Amerika dostluğunun təntənəsidir.

Bəyanatda həmçinin Azərbaycan Respublikasına qarşı sərt sözlər işlənib. İdda olunur ki, Azərbaycan dövləti guya Qarabağ ermənilərinə qarşı psixoloji və mədəni genosid tətbiq edib. 

Qeyd edək ki, Bri şəhərinin meri Simonov dəfələrlə Qarabağ ermənilərinin müqəddərat hüququnun tanınmasına çağırıb və qondarma erməni soyqırımının ABŞ dövləti tərəfindən tanınmasının qatı tərəfdarlarındadır. 

BRİ ŞƏHƏRİ 2020-Cİ İLİ "ERMƏNİ SOYQIRIMI"NIN ANIM İLİ ELAN ETDİ

Teqlər