May 25, 2020 17:45 Asia/Baku
  •  Trampın Çinə qarşı ittihamları təkrar edildi

ABŞ milli təhlükəsizlik müşaviri iddia edib ki, Pekin koronavirus pandemiyasında şəffaf hərəkət etməyib və bu virus Uhan şəhərindəki laboratoriyadan yayılıbdır.

SəhərAzəri xəbər verir, ABŞ milli təhlükəsizlik müşaviri Robert O-Brayen CBS telekanalı ilə müsahibədə koronavirus pandemiyasını və Çinin güya onu gizlətməsini 1986-cı ilin aprelində baş verən Çernobıl atom hadisəsi ilə müqayisə və iddia edib ki, bu virus Çindən bütün dünyaya yayılıbdır.

O-Brayen sonra COVID-19 xəstəliyi ilə mübarizə vaksinasının düzəldilməsi üçün Çinin Amerikadan casusluq etdiyini iddia edib və belə deyib: Pekin bu xəstəliyin müalicəsi və onun peyvəndinin ixtira edilməsində Vaşinqtonun elmi və texnologiyasını əldə etməyə çalışır.

ABŞ rəsmilərinin anti-Çin münasibəti elə bir halda təkrar olur ki, bu ölkənin daxilində Tramp hökumətinin koronavirus böhranı ilə qarşılaşmadakı fəaliyyətinə qarşı tənqidlər davam etməkdədir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Amerikada ümumilikdə bir milyon 686 min 436 nəfər koronavirusa yoluxubdur ki, onlardan 99 min 300 nəfər həyatını itiribdir.

Teqlər