Çinli alimlərin ABŞ-a girişinə qadağa qoyuldu
https://azeri.sahartv.ir/news/dünya-i362446-Çinli_alimlərin_abŞ_a_girişinə_qadağa_qoyuldu
ABŞ prezidenti Donald Tramp Çinin elm adamları və tələbələrinin ABŞ-a daxil olmasını qadağan edən sərəncam imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2020 03:20 Asia/Baku
  • Çinli alimlərin ABŞ-a girişinə qadağa qoyuldu

ABŞ prezidenti Donald Tramp Çinin elm adamları və tələbələrinin ABŞ-a daxil olmasını qadağan edən sərəncam imzalayıb.

SəhərAzəri “Report”-a istinadla xəbər verir ki, qadağa Çinin müdafiə sektoru ilə əlaqəsi olan aspirantlara və elmlər doktorlarına şamil ediləcək.

Sənəddə Çin tərəfinin ABŞ maraqlarına, xüsusən də Birləşmiş Ştatların gizli texnologiyalarının əldə olunmasına təhdid edə biləcək kampaniya apardığı bildirilib.