May 30, 2020 19:00 Asia/Baku
  • ABŞ  Çin qarşısında özünü müdafiə edəcək

Pompeo: "ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək"

SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo "Twitter"də bildirib. O qeyd edib ki, Çin Kommunist Partiyası Honkonqdakı özünəməxsusluğu məhv edir, hansı ki bu, Honkonqu Çinin qalan hissəsindən fərqləndirirdi: "Nəticədə artıq Prezident Tramp Honkonqla əvvəlki münasibətlərin saxlanılmasının doğruluğuna inanmır. ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək". 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pekin tərəfindən irəli sürülən Honkonqla bağlı yeni təhlükəsizlik qanununa cavab olaraq Honkonq üçün tətbiq olunan ticarət və səyahət sahələrindəki güzəştlərə son verəcək.

Teqlər