İyun 05, 2020 07:03 Asia/Baku
  • Su-57 mütəxəssisləri heyrətdə qoyan qırıcı

“Su-57, altıncı nəsil qırıcı təyyarələrə qadir olan ilk beşinci nəsil döyüş təyyarəsidir”.

SəhərAzəri Sputnik-ə istinadala xəbər verir, Çində nəşr olunan "Sohu" portalında yayımlanan məqalədə beşinci nəsil Su-57 qırıcı təyyarəsinin altıncı nəsil qırıcı təyyarəsinin imkanlarına sahib olduğu bildirilib.

 Məqalə müəllifi yazıb ki, Rusiya pilotsuz uçuş rejimini sınaqdan keçirərək beşinci nəsil Su-57 qırıcı təyyarəsinin inkişafında böyük nailiyyət əldə edib.

ABŞ Hərbi Hava Qüvvələrinin son zamanlar bir-birinin ardınca təyyarələrini itirdiyini xatırladan məqalə müəllifi, “F-22 qırıcısının düşməsindən sonra ABŞ-ın əsas düşmənindən maraqlı bir xəbər gəldiyini bildirib. Müıllif yazıbI: “Su-57, altıncı nəsil qırıcı təyyarələrə qadir olan ilk beşinci nəsil döyüş təyyarəsidir”.

Məqalə müəllifi altıncı nəsil qırıcı təyyarələrin ən vacib xüsusiyyətlərinin pilotsuz idarəetmə və süni intellektlə mübarizə imkanlarının olacağını bildirdi.

Bu keyfiyyətlərin təyyarələrin hərəkətliliyini artıracağını vurğulayan müıllif, "Hazırda dünyada olan bütün döyüş təyyarələri 9G-a qədər yüklə manevr edə bilər, əks halda pilot huşunu əldən verib və döyüş qabiliyyətini itirə bilər" deyə yazıb.

Bununla yanaşı, müəllif Su-57-də pilotsuz texnologiyanın hazırkı sınaqlarının uçuş, eniş və normal rejimdə uçuş kimi sadə əməliyyatlarla əlaqəli olduğunu, pilotun kokpitdə olduğunu və lazım olduqda müdaxilə edə biləcəyini qeyd etdi.

"Döyüş təyyarələrində süni intellektdən istifadə artıq tarixi bir tendensiyaya çevrildi" – deyə müəllif Çin rəsmilərini bu texnologiyanı inkişaf etdirməyə çağırdı.

Hər növ hava, quru və dəniz hədəflərini məhv etmək üçün hazırlanan beşinci nəsil Su-57 qırıcı təyyarəsi ilk dəfə 2010-cu ildə çıxdı.

Həmçinin yüksək manevr və səssiz uçuş qabiliyyətinin birləşməsindən əlavə, Su-57 qırıcı təyyarələri müasir kabin avadanlığı kompleksi və aşağı görünmə qabiliyyəti ilə rəqiblərindən üstündür.

 

 

 

 

 

 

 

 

 

 

Teqlər