İyun 12, 2020 10:09 Asia/Baku
  • Danimarka Ərəbistan ünsürlərini İranda terror əməliyyatı keçirməyə çalışmaqda ittiham edib

Danimarkanın baş prokurorluğu dünən Ərəbistan tərəfindən dəstək alan “Ələhvziyyə” terror qruplaşmasının üç üzvünü İranda terror əməliyyatı keçirməyə çalışmaqda ittiham eidb.

Danimarkanın baş prokurorluğu bildirib ki, bu üç nəfər İranda terror əməliyyatı törətmək üçün üç milyon dollar pul alıbdır.

Danimarkanın xarici işlər nazirliyi də çərşənbə günü gecə Ərriyadın İrandakı terror ünsürlərini himayə etdiyinə görə, Ərəbistan səfirini çağırmışdı.

Danimarka polisi Ərriyad üçün casusluq etdiyinə görə, “Ələhvziyyə” terror qruplaşmasının bu üç üzvünü fevralın üçündə həbs etmişdi.

Terrorçu-təkfirçi “Ələhvziyyə” qruplaşması Ərəbistan tərəfindən dəstək alır.

Bu terror qruplaşmasının ünsürlərinin əlləri günahsız İran xalqının qanına bulaşıbdır.

“Ələhvziyyə” terror qruplaşmasının ünsürləri İŞİD terror qrupunun ünsürləri ilə yanaşı 2018-ci il sentyabrın 22-də İran İslam Respublikası Silahlı Qüvvələrinin İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində keçirlən parad mərasimi zamanı mərasimə baxan insanları atəşə tutdular. Nəticədə 25 nəfər şəhid oldu, 69 nəfər də yaralandı.

 

Teqlər