İyun 27, 2020 08:01 Asia/Baku
  • Tramp seçkiləri uduzması ehtimalından danışıb

ABŞ prezidenti etiraf edib ki, noyabrda keçiriləcək seçkilərdə demokrat partiyasından olan rəqibinə uduza bilər.

SəhərAzəri xəbər verir, Donald Tramp deyib ki, ola bilsin, rəqibi Co Bayden bu seçkilərin qalibi olsun.

Tramp bir müsahibədə bildirib: Ola bilsin, Bayden Amerikanın növbəti prezidenti olmuş olsun, çünki bəziləri məni istəmirlər.

Amerika prezidentinin bu sözləri elə bir halda söyləyibdir ki, çox sayda rəy sorğusunun nəticələri onu öz seçki rəqibindən arxada göstərir.

Nyu-York Tayms qəzeti tərəfindən yayılmış ən yeni rəy sorğusunun nəticələri onun Baydendən 14 faiz geridə qaldığını göstərir.

Bəzi ekspertlər Amerikada koronavirus epidemiyası və bu ölkənin çox sayda şəhərində aksiyaların keçirilməsinə əsasən, Trampın seçkiləri uduzmasını mümkünsüz hesab etmirlər.

Bir neçə gün bundan öncə yayılan ən yeni rəy sorğusunun nəticələri göstərir ki, Amerika vətəndaşlarının təqribən altmış faizi Trampın idarəçilik tərzindən narazıdır.

«ABC Nyus» telekanalı və Epsos mərkəzi tərəfindən aparılan bu rəy sorğusu göstərir ki, Amerika vətəndaşlarının 58 faizi Donald Trampın koronavirus epidemiyası ilə mübarizə tərzi ilə müxalifdir.

 

Teqlər